"AtaTravel" MMC Şahdağa səyahət turu təklif edir

"AtaTravel" MMC Şahdağa səyahət turu təklif edir
12:18 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

“Şahdağ Qış-Yay Turizm Kompleksi” turistlər tərəfindən böyük maraqla qarşılanır. “AtaTravel” MMC-nin direktoru Vüsal Əliyev qeyd edib ki, “Şahdağ Qış-Yay Turizm Kompleksi”nə turist kimi getməyin bir nəfər üçün qiyməti avtobus, səhər yeməyi, bələdçi və fotosessiya daxil olmaqla 20 AZN təşkil edir. Təcrübəsi olanlarla yanaşı, heç vaxt xizəklə sürüşməyənlər də çəkinmədən “Şahdağ” Qış-Yay Turizm Kompleksinə gələ bilərlər. Burada yeni öyrənənlər üçün xüsusi təcrübə məkanı və peşəkar təlimçilərin olduğu xizək məktəbi də açılıb. Peşəkar xizəkçilər hazırda kompleksin istifadəyə verilmiş 7 xizək zolağından istifadə edirlər. Bu zolaqlardan məsafəyə görə ən böyüyünün uzunluğu 2 kilometrə bərabərdir. Turistlər xizək enişinə başlamaq üçün kompleksdə artıq istifadəyə verilmiş dörd kanat yolundan yararlanırlar”.

Qeyd edək ki, “AtaHolding” Şirkətlər Qrupuna daxil olan “AtaTravel” MMC 2011-ci ildə təsis edilmişdir. “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlə təmin edir. Həmçinin, kreditə və əlverişli şərtlərlə tur-paketlər əldə etmək mümkündür.
“AtaTravel” MMC-nin xidmətləri barədə ətraflı məlumat üçün telefon nömrəsinə 012 441 05 09 zəng vuraraq nömrəli telefonla əlaqə saxlamaq mümkündür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2351319.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR