Bakıda avtobuslardan 27 ŞİKAYƏT

Bakıda avtobuslardan 27 ŞİKAYƏT
12:29 9 Yanvar 2015
169 Ölkə
Ölkə mətbuatı
A- A+

“Bakının Şərifzadə küçəsi, Günəşli,  Biləcəri, Əhmədli istiqamətində hərəkət edən marşrutlarda müəyyən problemlər yaranıb”. Bunu Lent.az-a açıqlamasında Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin rəis müavini Əmrah Cəfərov bildirib. Onun sözlərinə görə, bu istiqamətlərdə sərnişin avtobuslarının ləngiməsinə səbəb onların sistemlərinin donmasıdır”.

İdarə rəisinin müavini onu da vurğulayıb ki,  dərhal çilingərlərdən ibarət 2 operativ qrup yaradılıb və marşrut avtobuslarının işlək vəziyyətə gətirilməsi üçün əraziyə yola salınıblar.

Ə. Cəfərov onu da qeyd edib ki, yollardakı vəziyyətlə bağlı İdarədə yaradılan operativ qərargaha 27 müraciət daxil olub: “Hazırda vəziyyət normaldır”.


 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189850

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR