Bakıdakı ali məktəbi heyvan bazarına çevirdilər - FOTO

Bakıdakı ali məktəbi heyvan bazarına çevirdilər - FOTO
12:32 9 Yanvar 2015
167 Sosial
Ölkə mətbuatı
A- A+

Bakının Xaqani parkında bir neçə dəfə dovşan alveri barədə yazmışdıq. Satıcı haqda heç bir tədbir görülməmişdi. Həmin şəxs hələ də öz kiçik biznesini davam etdirir. Hətta bir az da böyüdüb. İndi öz dovşanlarını Azərbaycan Dövlət İqtisad Universitetinin qarşısında da satır. O, bir dovşan üçün 10 manat alır.

Milli.Az xəbər verir ki, Day.Az saytının əməkdaşı məsələ ilə əlaqədar Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli ilə əlaqə saxlayıb.

Onun sözlərinə görə, küçələrdə heyvan satışı qadağandır.

"Heyvanların satışı xüsusi nəzərdə tutulmuş yerlərdə həyata keçirilməlidir. Belə faktlar aşkar olunarsa, baytarlıq xidmətinin əməkdaşları tədbirlər görürlər."

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318087.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR