6 şəhər yarışır

6 şəhər yarışır
12:41 9 Yanvar 2015
167 İdman
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Milli Olimpiya Komitəsi 2024-cü ildə keçiriləcək XXXIII Yay Olimpiya Oyunları üçün Boston şəhərinin namizədliyini irəli sürüb.

ANS PRESS-in məlumatına görə, bu şəhər ölkəni təmsil etmək üçün Vaşinqton, Los-Anceles və San-Fransiskonu geridə qoyub.

Komitədən bildirilib ki, ABŞ-ın ərizəsi müvəffəqiyyət və böyük şans qazanacaq. Çünki 2024-cü ildə Şimali Amerika ərazisində sonuncu Yay Olimpiya Oyunlarından 28 il ötəcək. O vaxt Olimpiya Oyunları Atlanta da təşkil olunub.

ABŞ prezidenti Barak Obama da Bostonun namizədliyinə dəstək verib. O, 2013-cü ilin aprelində bu şəhərdə törədilmiş terror aktını xatırladaraq deyib: "Bu şəhər bizə hər şeyi, - Boston kimi güclü olmaq nə deməkdir, - öyrətdi. Biz idmançılarımızın nailiyyətləru ilə fövqəladə fəxr edirik. 2024-cü ildə ABŞ-da Olimpiya və Paraolimpiya Oyunlarının keçirilməsinə yönəldilmiş səyləri dəstəkləyirik. Biz ümid edirik ki, 2024-cü ildə Bostonda dünya idmançılarını salamlayacağıq."

Xatırladaq ki, XXXIII Olimpiya Oyunları uğrunda mübarizədə Bostonun rəqibləri Sankt-Peterburq, İstanbul, Berlin, Melburun, Nayrobi və Yohannesburq şəhərləridir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=318644

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR