Bakıdan Naxçıvana yola düşməli olan sərnişin avtobusu təxirə salınıb

12:42 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 12:41 ]

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Naxçıvana yola düşməli olan sərnişin avtobusu İrandakı kəskin hava şəraiti ilə əlaqədar təxirə salınıb.

APA-Economics”in AzərTAc-a istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev məlumat verib.

 

Onun sözlərinə görə, bu marşrut İranda dağlıq ərazilərdən keçir. Hava şəraiti ilə bağlı həmin ərazilərdən keçən yollar avtomobillərin hərəkəti üçün təhlükəlidir. Buna görə də reysin təxirə salınması barədə qərar qəbul edilib.

 

M. Abdullayev bildirib ki, ümumiyyətlə, son günlərdə Beynəlxalq Avtovağzal Kompleksində sərnişin azlığı müşahidə olunur. Bölgələrdən və beynəlxalq istiqamətlərdən gələn avtobuslar əlverişsiz hava şəraitinə görə asta hərəkət edirlər.

 

“Hava şəraiti ilə əlaqədar olaraq sürücülərimiz Şamaxı-Ağsu, İsmayıllı-Qəbələ avtomobil yolundan istifadə etmirlər. Hələlik hansısa ciddi problem yaşanmayıb”, - deyə M.Abdullayev qeyd edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368518

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR