Son zamanlar keçmiş həyat yoldaşı Tom Kruzun dostu Ceymi Foksla adı hallanan aktrisa Keti Holms metroda görüntülənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, saçlarını açıq qoyan, gözünə qara eynək taxan, makiyajsız və sadə geyimdə olan Holmsu görənlər tanımayıb.

Lakin paparazzilərin gözündən qaçmayan Holms metroda narazı halda kameralara tuş gəlib. Onun bu narazılığının hansı səbəbdən olması isə bəlli olmayıb.

Qeyd edək ki, K.Holms və T.Kruz 2006-2012-ci ildə ailəli olublar. Onların Suri adlı qızları var. Keti Ceymslə 2013-cü ildən görüşməyə başlayıb.

Milli.Az