Azərbaycanın yunan-Roma güləşçilərinin yeni ilin ilk reytinq siyasındakı yerləri

Azərbaycanın yunan-Roma güləşçilərinin yeni ilin ilk reytinq siyasındakı yerləri
12:53 9 Yanvar 2015
177 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir İlkin İzzət/

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2014-cü ilin yekunlarına görə yunan-Roma güləşi üzrə yeni ilin ilk reytinq siyasını açıqlayıb.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə bildiriblər ki, yunan-Roma güləşi üzrə reytinq siyahısına 7 güləşçimizin adı daxil edilib.

Ən yaxşı göstərici Dünya çempionatının gümüş mükafatını qazanan Saman Təhmasibiyə (85 kq) məxsusdur. O, reytinqdə də 2-ci yerdədir. Dünya çempionatının bürünc mükafatçıları Rəsul Çunayev (71 kq) 3-cü, Elvin Mürsəliyev (75 kq) 5-ci yerdə qərarlaşıb. Dünya çempionatını 5-ci sırada tamamlayan Həsən Əliyev (66 kq) isə, reytinqdə 7-ci pillədə qərarlaşıb.

59 kq

13. Taleh Məmmədov - Qızıl Qran Pri Final mərhələsi 1-ci yer (12)

66 kq

7. Həsən Əliyev - DÇ 5-ci yer (7)

71 kq

3. Rəsul Çunayev - DÇ 3-cü yer (3)

75 kq

5. Elvin Mürsəliyev - DÇ 3-cü yer (5)

11. Rafiq Hüseynov - Qızıl Qran Pri Final mərhələsi 1-ci yer (11)

85 kq

2. Saman Təhmasibi - DÇ 2-ci yer (2)

130 kq

17. Sabah Şəriəti - Qızıl Qran Pri Final mərhələsi 2-ci yer (15)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2351352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR