Metrpolitendə ÖLÜM

Metrpolitendə ÖLÜM
12:54 9 Yanvar 2015
136 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Bu gün Bakı metropolitenində ölüm hadisəsi olub. 
 

Lent.az-ın "Qafqazinfo"ya istinadən xəbərinə görə, qurumun mətbuat katibi Nəsimi Paşayev bildirib ki, hadisə 33 saylı marşrutda təxminən saat 11:30-da olub: “1954-cü il təvəllüdlü Mirolov Valeriy Alekseyeviç vaqonda vəfat edib. Qatar “Nizami” stansiyasından hərəkətə başladıqdan sonra o özünü pis hiss edib. Dispetçerlər təcili yardım çağırıb, qatar “28 may” stansiyasına çatmamış həkimlər gəlib. Lakin həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, ürək tutmasından vəfat edib. Dəqiq məlumat ekspertizadan sonra məlum olacaq. Meyit aidiyyatı üzrə polis əməkdaşlarına təhvil verilib”.

N.Paşayev vəfat edən şəxsin içkili olması haqda məlumatların yanlış olduğunu deyib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189853

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR