Bakı metrosunda ölüm (FOTO)

Bakı metrosunda ölüm (FOTO)
12:56 9 Yanvar 2015
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı metropoltenində ölüm hadisəi olub.

Qurumun mətbuat katibi Nəsimi Paşayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə 33 saylı marşrutda təxminən saat 11:30-da olub: “1954-cü il təvəllüdlü Mirolov Valeriy Alekseyeviç vaqonda vəfat edib. Qatar “Nizami” stansiyasından hərəkətə başladıqdan sonra o özünü pis hiss edib. Dispetçerlər təcili yardım çağırıb, qatar “28 may” stansiyasına çatmamış həkimlər gəlib. Lakin həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, ürət tutmasında vəfat edib. Dəqiq məlumat ekspertizadan sonra məlum olacaq. Meyit aidiyyatı üzrə polis əməkdaşlarına təhvil verilib”.

N.Paşayev vəfat edən şəxsin içkili olması haqda məlumatların yanlış olduğunu deyib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=318653

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR