Qoç - günün ilk yarısı emosional zamandır.
Hisslərinizin əsiri olmayın, məntiqi unutmayın. Cari məsələlərin
həllində təxəyyülü işə salın. Yarımçıq işləri başa vurun.
Günün ikinci yarısında qrup və ya kollektiv şəkildə çalışmaq olar.
Ümumi məqsəd, eyni hədəf uğuru sürətləndirə bilər. Yaxın
ətrafınızdakı insanlara sayğı bəsləyin.
Axşam saatları romantik anlar vəd edəcək.
Buğa - özünüzdən bədgüman olmayın. Qüvvənizə,
iradənizə inansanız, daha yaxşı nəticələrə nail ola bilərsiniz,
Biznesi inkişaf etdirmək, daha yaxşı nəticələr əldə etmək üçün
yaxşı zamandır.
İntizamlı olun. Öhdəlikləri və vədləri unutmayın.
Günün ikinci yarısında tərəfdaşlarla münasibətlərə xüsusi diqqət
yetirin. Dəyər verdiyiniz insanlarla əlaqələrinizi yeniləyin.
Mövqelərinizi gücləndirə bilərsiniz.
İşlərin daha yaxşı olması üçün məsləhətlərə qulaq asın.
Axşam saatlarnı şəxsi münasibətlərə ayırın.
Əkizlər - yeni münasibətlərin yaxşı
perspektivləri olacaq. Gündəlik işdən usanmayın, rutin qayğılar
sizdə narazılıq hissi yaratmasın. İşdə həmkarlarla ünsiyyətdə
anlaşılmazlıq yarana bilər. Bunun səbəbi rəqabət və
anlaşılmazlıqdır.
Günün ikinci yarısında hansısa məqamı araşdırmağa çalışaraq
əlaqələri daha da kəskinləşdirməyin. Öhdəlikləri vaxtında yerinə
yetirin.
Sevdiyiniz insanın qayğısına qalın.
Axşam saatlarında normal istirahət edin.
Xərçəng - səhər saatlarından etibarən əhvalınız
yaxşı olacaq. Ruhdan düşməyin, qətiyyətli və iradəli olun.
Nikbinlik cari məsələlərin öhdəsindən daha sürətlə gəlməyə imkan
verəcək.
Günün ikinci yarısında təcrübəli insanın məsləhət və
göstərişlərindən yararlanın. Belədə maraqlandığınız işdə sürətlə
irəliləyəcəksiniz.
Diqqətli olun, xırda detalları nəzərdən qaçırmayın.
Yaxınlarınızla aranızdakı fikir ayrılıqlarını aradan qaldırın.
Şir - səhər saatlarından etibarən
yaxınlarınızla ünsiyyətdə etimad amilinə xüsusi diqqət yetirin.
Soyuqqanlı və təmkinli olsanız, cari fəaliyyətinizdə yaranacaq
istənilən çətinliyi dəf edə bilərsiniz.
Günün ikinci yarısında hadisələrin sürətli inkişafı sizdə müsbət
emosiyalarla yanaşı, mənfi hisslər də yarada bilər. Həmkarlarla,
tərəfdaşlarla münaqişə yaratmayın. İstənilən mübahisəli məsələni
konstruktiv həll etmək olar.
Axşam saatları durğunluqdan uzaq durun.
Qız - səhər saatlarından etibarən zəhmət
çəkməyə, intensiv çalışmağa hazır olun. İşinizi sevirsinizsə, yaxşı
nəticələrə nail olacaqsınız.
Gəlirlərin artması yaxşı stimul olacaq.
Günün ikinci yarısında işdə rəhbərlikdən tərif ala bilərsiniz.
Karyera müstəvisində irəliləyişlər barədə düşünün. Dəyər verdiyiniz
insanla laqeyd davranmasanız, o, sizə dəstək verəcək.
Axşam saatlarında normal istirahət üçün evdən çıxın.
Tərəzi - təmkinli, intizamlı, soyuqqanlı olun.
Tənbəllik etməyin. Çətinliklərin qarşısından geri çəkilməyin.
Maneələri dəf etmək üçün bütün vasitələrə əl atın. Əks təqdirdə
əməyinizin sonucları əhəmiyyətli olmayacaq.
Günün ikinci yarısında hətta çözüm yollarına yaxşı bələd
olmadığınız məsələnin həllində sürətli olun. Aktivlik günün
şüarıdır. Axşam saatlarında alış-verişə yollanmaq olar.
Özünüzə fikir verin.
Əqrəb - yaxın gələcəklə bağlı planlara
dəyişikliklər etmək zamanıdır. Fəaliyyətinizdə impulsiv olmayın,
risklərə aldanmayın. Vədlər və təklifləri diqqətlə dinləyəndən
sonra qərar verin.
Günün ikinci yarısında kiçik çətinliklər və problemlər sizi ruhdan
salarsa, əmək fəaliyyətinizdə geriləmələr olacaq. Həmkardan,
tərəfdaşlardan məsləhət istəmək, yardım gözləmək olar.
Şəxsi münasibətlərdə təşəbbüskar olun. Rəğbət bəslədiyiniz adamla
söhbətinizdə hisslərinizi gizlətməyin.
Oxatan - günün ilk yarısından etibarən aktiv
çalışsanız, məqsədlərinizə nail olacaqsınız. Maneələrlə yanaşı,
daxili sədləri dəf etmək üçün ətalətdən, passivlikdən uzaq durun.
Hiss və həyəcanlar sizi kursdan çıxara bilər. Yolunuza davam
edin.
Günün ikinci yarısında köhnə dostlardan və ya tanışlardan birini
görəcəksiniz.
Faydalı əlaqələri inkişaf etdirin. Mənasız münasibətləri başa
vurun.
Oğlaq - gün ərzində planlarınızı dəyişməli,
bəzi məramları təxirə salmalı olacaqsınız.
Yarımçıq qalmış işi inandığınız insanlarla əlbir şəkildə başa
vurun.
Uzaqgörən, təmkinli, sayıq olun.
Günün ikinci yarısında bir qədər nevroz durum, gərginlik
yaranacaq.
Təşəbbüslərlə tələsməyin. Problem yaranarsa, onu dərhal həll etməyə
çalışın.
Dolça - problemli gündür. Müşkülləri
ciddiləşməyə qoymayın. Qətiyyət, əzm və iradəniz, habelə praktik
davranışınız mühüm işlərin öhdəsindən tezliklə gəlməyə imkan
verəcək.
Günün ikinci yarısı ünsiyyət, qeyri-rəsmi təmaslar və işlə bağlı
danışıqlar üçün əlverişlidir.
Aldığınız məsləhətləri düşünmədən rədd etməyin: onların arasında
xeyirlisi var.
Xoş sürpriz, hədiyyə istisna deyil. Yaşam potensialı yüksəkdir.
Balıqlar - ön planda iş olmalıdır. Xırdalıqlar
və detallara diqqətli olun. Xaosu aradan qaldırın, aldığınız
məlumat və informasiyanı sistemləşdirin.
Pəhriz, orqanizmi yüngülləşdirmək, yüngül kosmetik prosedurlarda
fayda var.
Ailə üzvləriniz və qohumlarınızla münasibətlərdə ciddi mövzu yarana
bilər.
Qarşılıqlı anlaşmaya nail olmaq, yaşlılarla cavanların maraqlarını
uzlaşdırmaq çətindir. Ailənin yaşlı üzvləri ilə münasibətlərdə
həssas və şəfqətli olun.
Milli.Az