ABŞ-ın Kaliforniya ştatında 8 oktyabrdan başlayan meşə yanğınları səbəbindən ölənlərin sayı artıb.
Metbuat.az-ın məlumatına görə, həlak olanların sayı 42-yə çatıb ki, onlardan da 23-ü Sonoma rayonundandır. Sonoma və Napada 63 nəfər itkin düşüb. Kaliforniyanın 7 rayonunda baş verən fəlakət ölkə tarixinin ən ölümcül və dağıdıcı yanğını hesab olunur.
Qeyd edək ki, bu il meşə yanğınları indiyədək ABŞ-a 2 milyard dollar maddi ziyan vurub.
Günay Elşadqızı \ METBUAT.AZ