Dərmanları corabında gizlətmək istədi

Dərmanları corablarında gizlədərək Rusiyaya aparmaq istəyən azərbaycanlı gömrükdə saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Metbuat.az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka" gömrük postunda Azərbaycandan Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın ayağındakı corablarda 6 konvalyut (60 kapsul) "Tramadol 50 mq" və 1 konvalyut (7 həb) "Tramadol HCI 150 mq" markalı dərman preparatları aşkar olunub.

Xatırladaq ki, "Tramadol" Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Avtomobil iki piyadanı vurdu - 10 yaşlı oğlan öldü - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR