Polad Bülbüloğlunun 70 illik yubileyi keçiriləcək

Polad Bülbüloğlunun 70 illik yubileyi keçiriləcək
12:59 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Fevralın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Eşq və Ölüm” baletinin yeni quruluşda premyerası olacaq. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tamaşa müəllifin - xalq artisti, professor, diplomat, görkəmli ictimai xadim Polad Bülbüloğlunun 70 illik yubileyinə həsr olunub.

 

Librettosu “Dədə-Qorqud” dastanının motivləri əsasında qələmə alınan bu balet ölməz məhəbbəti, qəhrəmanların igidliyi qarşısında ölümün acizliyini tərənnüm edir.

 

Opera və Balet Teatrının səhnəsində “Eşq və Ölüm” baletinin yeni quruluşunu Nadejda Malıgina həyata keçirir. Tamaşanın quruluşçu rəssamı isə tanınmış rusiyalı rəssam Dmitri Çerbadjıdır. Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

 

Qeyd edək ki, “Eşq və Ölüm” baleti ilk dəfə Bakıda 2005-ci ildə Avropa Balet Akademiyasının professoru  Vakil Usmanovun quruluşunda səhnəyə qoyulub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189852

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR