Azərbaycanda bir gündə 3 zəhərlənmə

Azərbaycanda bir gündə 3 zəhərlənmə
13:16 9 Yanvar 2015
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda bir gündə 3 zəhərlənmə faktı qeydə alınıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, zəhərlənmə faktlarından biri Samux rayonunda baş verib. Yanvarın 8-də Samux rayonunun Əhmədbəyli kənd sakini Zabit İmanov dəm qazından zəhərlənərək ölüb.

Digər bir zəhərlənmə isə yanvarın 9-da Abşeron rayonunun Masazır qəsəbəsində qeydə alınıb. Belə ki, Uğur Muxtarov dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Bir nəfər isə sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Abşeron rayon sakini Mübariz Quliyev yanvarın 8-də ölüb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=318657

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR