Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı sürücülük məharətindən danışıb.Müğənni Gülay Zeynallı “Hər şey daxil” verilişinin qonağı olub
Avtomobil həvəskarı olan G.Zeynallı hər zaman bahalı maşınlara üstünlük verdiyini deyib:
“İlk dəfə 18 yaşımda avtomobil idarə etmişəm. Çox normal sürürəm, heç vaxt qəza törətməmişəm. Maşınıma heç cızıq da düşməyib. Bircə dəfə qəza keçirmişəm.
20 yaşım var idi. Amma o da ağır deyildi. Maşına həddindən artıq həvəsim var. Ona görə də, ürəyim istəyən markalar mənə qismət olub. Həmişə çalışmışam prestijli maşınlar alım. Bu təkcə avtomobildə yox, mahnı seçimində, geyimdə də belədir. Çalışıram hər şeyin ən yaxşısı məndə olsun”.
Milli.Az