"Barselona" və Argentina millisinin futbolçusu Xavyer Maskerano "Ole" nəşrinə açqılamasında maraqlı məqama toxunub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı müdafiəçi DÇ-2018-in son seçmə oyununa Manuel adlı cadugərin təşrif buyurması barədə danışıb.

"Kitodakı cadugər? Düzü, bu cənabı tanımırıq və görməmişik. Oyundan sonra bu barədə oxuduq. Bizə, həqiqətən, kömək etdisə, çox sağolsun. Argentina millisinə cadugərdən çox, Messinin kömək etdiyini düşünürəm. Buna baxmayaraq istənilən növ inanca hörmət edirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində