Penitensiar Xidmətdən 11 məhbusla bağlı AÇIQLAMA

Penitensiar Xidmətdən 11 məhbusla bağlı AÇIQLAMA
13:29 9 Yanvar 2015
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Ədliyyə Nazirliyi Penitensiar Xidmət 14 saylı Cəzaçəkmə Müəssisəsində yoxa çıxdığı bildirilən 11 məhkumun taleyi ilə bağlı sorğuya münasibət bildirilib. Penitensiar xidmətin rəisi Mədət Quliyevin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, Cəza İcra Məcəlləsinin 16-cı maddəsi müxtəlif səbəblərə görə (xəstəlik, istintaqla bağlı müvəqqəti olaraq istintaq təcridxanasına keçirilmə, təhlükəsizliyin təmini və s.) yerləri dəyişdirilmiş məhkum və təqsirləndirilən şəxslər barədə informasiya verməyi cəzanı icra edən orqana qadağan edir: “Bu barədə məhkumun razılığı ilə yalnız onun hüquqlarını müdafiə edən şəxs və ya yaxınları məlumatlandırılır”.


Qeyd edək ki, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində məhkum Elşad Babayevin müəmmalı ölümündən sonra etiraz edən məhbusların bir qisminin taleyi müəmmalı olaraq qalır. Məhkum valideynləri 11 nəfərin Binə qəsəbəsində vərəmli məhbuslar üçün nəzərdə tutulan "Tubzon"da saxlandığını bildirirlər. Valideynlər məsələ ilə bağlı onlara dolğun informasiya verilmədiyini də qeyd edirlər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189859

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR