Təhsil Nazirliyi məktəblərdəki davamiyyətlə bağlı məlumat yayıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, hava şəraitinin kəskin dəyişməsinə baxmayaraq, ölkənin bütün ümumi təhsil müəssisələrində tədris prosesi davam edir:
"Yerli təhsili idarəetmə orqanlarından aldığımız məlumatlara görə, hava şəraiti ilə əlaqədar bəzi yüksək dağlıq ərazilərdə şagirdlərin dərsə davamiyyətində problemlər olsa da, ümumilikdə tədris prosesi pozulmayıb".