Bakının qar sürüşmələri

Bakının qar sürüşmələri
13:56 9 Yanvar 2015
152 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakının qarlı yollarında 3 nəfər yıxılaraq xəsarət alıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkim müavini Oqtay Şahmalıyevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər ombasının, 1 nəfər ayağının sınması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Oqtay Şahmalıyev əlavə edib ki, ümumilikdə şaxtalı hava stansiyaya müraciətləri çoxalmasına səbəb olmayıb. Onun sözlərinə görə, son sutka ərzində 35 nəfər xəsarət alıb.

“Sutka ərzində 6 avtoqəza olub. Nəticədə 8 nəfər zərər çəkib. 12 dəm qazı zəhərlənməsi qeydə alınıb, 6 nəfər xəstəxanaya yerləşdirilib. Hazırda stansiya 140 təcili tibbi yardın briqadası ilə əhaliyə xidmət göstərir”, - deyə Oqtay Şahmalıyev bildirib.

Oqtay Şahmalıyev vətəndaşalr belə havalarda diqqətli olmağı mələhət bilib: “Əsasən yaşlılar və uşaqlar özlərini qorumalıdırlar. Vacib olmadığı təqdirdə yaşlı insanlar çölə çıxmasınlar. Onlar yıxılıb, özlərinə xəsarət yetirə bilərlər. Yaşlıların sümükləri zəif və kövrək olur. Onların sınıq xəsarətləri alması daha yüksəkdir. Uşaqları da qorumaq lazımdır. Yıxılan insana yaxınlıqdakı insanlar yardım etsinlər. Əgər qanaxma varsa, ilkin olaraq onun qarşısını alsınlar”, - deyə Oqtay Şahmalıyev bildirib.

Oqtay Şahmalıyev onu da əlavə edib ki, insanlar belə havalarda əsasən təbii geyimlərdən istifadə etsinlər: “Təbii və isti geyinmək lazımdır. Küçədə, soyuqda dayanmasınlar. İmkan dərəcəsinə isti içkilər içsinlər. Özlərini narahat hiss edən şəxslər dərhal həkimə müraciət etməlidir”.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=318667

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR