Bakıda avtomobil iki piyadanı vurub

13:57 9 Yanvar 2015
102 Digər
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 13:56 ]


 

Bakı. Fuad Cəfərov – APA. Bakının Nərimanov rayonunda iki piyadanın xəsarət alması ilə nəticələn yol qəzası baş  verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 8-də saat 19.00 radələrində paytaxtın Atatürk prospektində müəyyən edilməyən avtomobil tərəfindən yolu keçən Gəncə şəhər sakini Arzu Abdullayeva və Kürdəmir rayon sakini Elcan Abdullayev vurulub. Hər iki piyada xəstəxanaya yerləşdirilib. Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368529

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR