Son günlər "Barselona"dakı qalmaqallarla gündəmə gələn argentinalı ulduz futbolçu Lionel Messinin qiyməti açıqlandı. "Çelsi", "Mançestr Siti" və PSJ-nın almaq üçün mübarizə apardığı Messini qiyməti dodaq uçuqladır.
ANS PRESS-in məlumatına görə, Messini transfer edəcək klub 5 il içərisində azı 600 milyon avrosundan keçməli olacaq.
Messinin razılaşmasında 250 milyon avroya sərbəst qalma maddəsi var. Katalon komandasından ildə 20 milyon avro qazanan Messi transfer olarsa buun iki qatını tələb edir.
Argentinalı oyunçunun vergisi belə 150 milyon avrodur.
Messi dünya tarixinin ən yaxşı futblçuları sırasına girən adlardandır.
İddialara görə, bu məbləği ödəyəcək ən real klublar "Mançestr Siti" və PSJ-dir. "Çelsi"nin isə bu qədər böyük məbləği verə bilməyəcəyi deyilir.