Onun sözlərinə görə, Sankt-Peterburqla (Rusiya) yanaşı, daha 5 şəhər ilk oyunu təşkil etməyə iddialıdır. UEFA rəsmisi bununla bağlı yekun qərarın qurumun 2018-ci ilin fevralında və ya iyununda baş tutacaq İcraiyyə Komitəsinin iclasında veriləcəyini söyləyib: “Sankt-Peterburqun şanslarını dəyərləndirmək istəməzdim. UEFA İcraiyyə Komitəsi müəyyən meyarlara əsasən qərar çıxaracaq”.
Qeyd edək ki, 12 iyun – 12 iyulda təşkil olunacaq 2020-ci Avropa çempionatı ilk dəfə Avropanın 13 şəhərində keçiriləcək. Bakı ilə yanaşı, London, Münhen, Sankt-Peterburq, Roma, Kopenhagen, Buxarest, Amsterdan, Dublin, Bilbao, Budapeşt, Brüssel və Qlqazo qitə birinciliyinə ev sahibliyi edəcək. Yarımfinal və final matçları İngiltərənin paytaxtında olacaq.