Ürəyi zəif olanlar bu videoya baxmasın (VİDEO)

14:11 9 Yanvar 2015
131 Digər
Ölkə mətbuatı
A- A+

Dünya maraqlı və vahimə yaradan hadisələrlə zəngindir. Belə hadisələrdən biri Asiya ölkələrinin birində baş verib. Hündürmərtəbəli binanın eyvanına çıxan təqribən 2-3 yaşlı uşaq qeyri-adi məharəti ilə, heç bir qorxu keçirmədən elə gəzir, sanki adi yerdə addımlayır.

Maraqlısı odur ki, 16 saniyəlik videgörüntüdə uşağın davranışı ətrafdakılarda, o cümlədən valideynlərdə heç bir narahatlıq yaratmır. "Kəndirbaz" məharəti olan körpə yerdən təxminən 100 metrdən də çox yüksəklikdə, binanın ən hündür mərtəbəsinin eyvanında tam sərbəst hərəkət edir. Hətta eyvana qonan göyərçinlər belə "balaca Tarzan"ın məharətini gördükdən sonra şoka düşüb uçub gedirlər.

ANS PRESS sosial şəbəkələrdə maraq doğuran həmin videonu oxuculara təqdim edir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=318668

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR