Əhaliyə XƏBƏRDARLIQ

Əhaliyə XƏBƏRDARLIQ
14:22 9 Yanvar 2015
203 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda 35 nəfər xəsarət aldı

Son sutka ərzində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 1500-ə yaxın müraciət daxil olub. Bu barədə lent.az-a stansiyanın baş həkim müavini Oqtay Şahmalıyev məlumat verib. Onun sözlərinə görə, son sutka ərzində 35 nəfər xəsarət alıb.
 
Sutka ərzində 6 avtoqəza olub. Nəticədə 8 nəfər zərər çəkib. 12 dəm qazı zəhərlənməsi qeydə alınıb, 6 nəfər xəstəxanaya yerləşdirilib.
 
O. Şahmalıyev hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib: “Ehtiyac yoxdursa, insanlar küçəyə çıxmasınlar, xüsusən də yaşlı adamlar belə havalarda ehtiyatlı olmalıdırlar. Onların sümükləri zəif olduğundan yıxılan zaman sümük sınığı ehtimalı daha artıqdır. Vətəndaşlar küçədə buz olan yerdə hərəkətdən çəkinməlidirlər”.
 
Baş həkimin müavini qeyd edib ki, hazırda stansiya 140 təcili tibbi yardım briqadası ilə əhaliyə xidmət göstərir.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/318118.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR