SOCAR “Caspian Energy Forum – 2015”-ə rəsmi dəstək göstərir

SOCAR “Caspian Energy Forum – 2015”-ə rəsmi dəstək göstərir
14:43 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 9 ynavar /Trendf/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 11 mart 2015-ci il tarixində Bakıda keçiriləcək “3-cü Beynəlxalq Caspian Energy Forum – 2015”-i (www.caspianenergyforum.com) rəsmi dəstəkləyib.

Caspian European Club-un icraçı direktoru Telman Əliyevin sözlərinə görə, 3-cü Beynəlxalq Caspian Energy Forum – 2015 tədbirinin açılış mərasiminə Azərbaycan rəsmiləri dəvət edilib.

T.Əliyevin sözlərinə görə, tədbirdə həmçinin Azərbaycan, Xəzər-Qaradəniz, Baltik regionları ölkələrinin dövlət strukturlarının, nazirlik və qurumların sədrləri, Azərbaycanda akkreditasiya olunmuş diplomatik və beynəlxalq missiyaların nümayəndələri, iri beynəlxalq şirkətlərin rəhbərləri iştirak edəcək.

Forumun birinci hissəsi çərçivəsində Xəzər-Qaradəniz, Baltik regionları ölkələrinin dünya energetika bazarlarına inteqrasiyasının bütün aspektləri müzakirə ediləcək. Azərbaycanın energetika, nəqliyyat və infrastruktur layihələrində aparıcı rolu, artan qaz upstream-i, Cənub dəhlizi layihələri, Xəzərin resurs potensialı məruzəçilərin, deleqatların və forum iştirakçılarının diqqət mərkəzində olacaq.

Forumun ikinci hissəsində qeyri-neft sektorunun inkişafına həsr olunmuş Caspian European Forum keçiriləcək. Caspian European Forum çərçivəsində maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, maşınqayırma, tikinti və digər qeyr-neft sektorunun sistemlərinə innovasiyaların yönəldilməsi, biznesin aparılması, biznes-hökumət dialoqunun yaradılması kimi məsələlər müzakirə olunacaq.

Əlavə olaraq tədbirin proqramında iştirakçıların işi və ünsiyyəti üçün kofe-breyklər və işgüzar naharın təşkil olunması nəzərdə tutulub. Axşam qala-ziyafət çərçivəsində Caspian Energy Award – 2015 mükafatının rəsmi təqdimetmə mərasimi keçiriləcək.

Qızıl sponsorlar: Cross Caspian Oil and Gas Logistics LLC, “Azpetrol Ltd” MMC və PASHA Bank ASC. Gümüş sponsor: «Azərbaycan Dəmir Yolları» QSC. Bürünc sponsorlar: Ecoland, PASHA Insurance, Caspian Wireline Services, SOCAR-FUGRO, Atropatena. Rəsmi travel tərəfdaşı: Improtex Travel.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2351415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR