Yarım metrlik qar Zaqatalanı işıqsız qoydu

Yarım metrlik qar Zaqatalanı işıqsız qoydu
14:52 9 Yanvar 2015
180 Sosial
Ölkə mətbuatı
A- A+

Zaqatalada qar bir sıra çətinliklərə yol açıb. Milli.Az Kanal S-ə istinadən bildirir ki, yolların qarla örtülməsi nəqliyyatın hərəkətinə maneə yaradıb.

Rayonun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Bu gün səhər saatlarından etibarən aidiyyatı qurumlar gücləndirilmiş iş rejiminə keçib. 17 saylı Yol İstismarı İdarəsinin texnika və canlı qüvvəsinin köməyi ilə nəqliyyatın intensiv hərəkət etdiyi ərazilər qardan təmizlənib. Rayonda qarın hündürlüyü bəzi yerlərdə 20-40 sm, dağlıq ərazilərdə isə 50 sm-ə çatır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR