Bakıda “Porsche” buz üstündə qəza törətdi (VİDEO)

Bakıda “Porsche” buz üstündə qəza törətdi (VİDEO)
15:01 9 Yanvar 2015
193 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıya yağan güclü qar nəticəsində Yasamal rayonu, Yeni Yasamal qəsəbəsinin yolları bərbad hala düşüb. ANS PRESS-in musavat-ın saytına istinadən verdiyi məlumata görə, sürücülərin də yoldakı vəziyyəti düzgün qiymətləndirməməsi nəticəsində yol-nəqliyyat hadisələri baş verib.

Həmin qəza hadisələrindən biri, qəsəbə sakinləri tərəfindən lentə alınıb.

Belə ki, hərəkətdə olan “Porsche Panamera” markalı qara avtomobilin sürücüsü idarəetməni itirərək, hərəkətdə olan “KİA” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində hər iki avtomobilə maddi ziyan dəyib. Amma heç bir sürücü xəsarət almayıb.

Həmin görüntüləri sizlərə təqdim edirik:


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=318677

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR