Yay transfer dönəmində "Barselona" Arda Turan və müəyyən məbləğ qarşılığında "Monako"nun futbolçusu Kilian Mbappeni heyətinə qatmaq istəyib.

Hətta, "katalonlar" bununla bağlı knyazlıq təmsilçisiylə razılığa da gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransız klubu futbolçunu bu şərtlər qarşılığında buraxmağa razı olub. Ancaq Mbappe özü İspaniyaya getmək istəməyib. Gənc forvard PSJ-də oynamağı daha üstün tutub və "Barselona"nın təklifini rədd edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində