Fizika İnstitutu Kembric Universiteti ilə birgə elmi layihələr həyata keçirə bilər (fOTO)

Fizika İnstitutu Kembric Universiteti ilə birgə elmi layihələr həyata keçirə bilər (fOTO)
15:43 9 Yanvar 2015
186 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu ilə Kembric Universiteti arasında birgə elmi layihələrin həyata keçirilməsi müzakirə edilib.

İnstitutdan Trend-ə verilən məlumata görə, İngiltərənin Kembric Universitetinin elmi işlər üzrə direktoru doktor Devid Mundi Fizika İnstitutunda qonaq olub. Qonaq institutun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədovla görüşüb. Görüşdə Fizika İnstitutu ilə Kembric Universiteti arasında birgə elmi layihələrin həyata keçirilməsi, dünya standartlarına cavab verən maddi-texniki bazanın yaradılması, kadr hazırlığı və uzunmüddətli elmi mübadilələrin aparılması haqqında söhbətlər aparılıb.

D.Mundi deyib ki, Fizika İnstitutunda alimlərin elmi tədqiqat işləri aparması üçün hər cür şərait yaradılıb.

O, AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilə də görüşüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2351445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR