Müğənni Sıla altı fərqli konsepsiyada həyata keçirilən konsertinin “Qovuşdular” hissəsində hər kəsi güldürüb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni karyerasının 10-cu illiyi tamam olması münasibətilə "Ondan qalan” konsert seriyasının üçüncü həftəsində onu izləməyə gələnlərə unudulmaz gecə yaşadıb. Sevgilisi Sılanın heç bir konsertini buraxmayan Əhməd Kural isə bu dəfə tamaşaçılar arasında görünməyib.
Tamaşaçılarla maraqlı dialoqlar quran sənətçi konsertin “Qovuşdular” hissəsində diqqət çəkən açıqlamalar verib.
"Məncə, konsertdə oxuduğum hər hansı mahnılarda özünüzü görəcəksiniz. Konsepsiyamızda platonik və qarşılıqsız sevgilər, qovuşmuş cütlüklər və ayrılıqlardan bəhs edən mahnılar səslənəcək. Anlayırıq ki, xoşbəxtlik yazılan deyil, yaşanan duyğulardır. İnsan xoşbəxt vaxtlarında yalnız əylənmək istəyir. Xoşbəxt olmaq istəyir. Sevişmək istəyir" , - deyə müğənni bildirib.
Tamaşaçıların gülüşlərinə "Nə var ki? Ayıbdırmı? Sanki siz etmirsiniz?” sözləri ilə cavab verən ifaçını zalda hər kəs alqışlayıb.
Qeyd edək ki, müğənni səhnəyə “Zuhair Murad” ve “Dsquared”kimi məşhur moda evlərinin geyimlərində çıxıb.