“Bakıelektrikşəbəkə” I Avropa Oyunlarına iri miqyaslı hazırlıq işləri aparır

15:47 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 15:44 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu il Bakı şəhərində keçiriləcək I Avropa Oyunları ilə bağlı nəzərdə tutulan idman və digər obyektlərin elektrik təchizatının yüksək keyfiyyətli və etibarlı olması üçün iri miqyaslı hazırlıq işləri aparılır.

 

APA-Economics”in məlumatına görə, bunu 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə dair “Bakıelektrikşəbəkə” ASC-də keçirilən tədbirdə qurumun İdarə Heyətinin sədri Baba Rzayev bildirib.

 

O qeyd edib ki, tikilməkdə olan Olimpiya Stadionunun elektrik təchizatı üçün uzun müddət istismarda olan 35/6 kV-luq 19 və 35 saylı yarımstansiyalar sökülərək yerində qapalı tipli yeni yarımstansiyalar inşa edilib: “35/6 kV-luq “Koroğlu” və “Olimpiya Stadionu” yarımstansiyaları arasında əlaqənin yaradılması üçün uzunluğu 64,8 km olan 35 kV-luq kabel xətləri çəkilib. Olimpiya Stadionunun elektrik təchizatı bir-birindən asılı olmayan üç müxtəlif 220 kV-luq şəbəkədən qidalanan 110 kV-luq yarımstansiyaların 35 kV-luq şəbəkəsi ilə təmin olunub”.

 

B. Rzayevin sözlərinə görə, hazırda Heydər Əliyev adına İdman və Konsert Kompleksinin daxili elektrik təchizat sxemi tamamilə yenidən qurulur: “Tikilməkdə olan Su İdman Sarayının elektrik təchizatının dayanıqlığının və etibarlığının təmin edilməsi üçün 220/110 kV-luq “Səngəçal” və “Müşfiq” qovşaq yarımstansiyalarının 110 kV-luq yarımstansiyalar arası 35 kV-luq şəbəkəsi ilə əlaqələndirilib”.

 

O həmçinin vurğulayıb ki, Stend Atıcılığı İdman Kompleksini elektrik təchizatının təmini üçün 35/6 kV-luq 80 saylı yarımstansiya tam yenidən qurularaq istismara verilib: “Eyni zamanda bu yarımstansiya şəhərin su və kanalizasiya sistemlərinin, “Avtovağzal” metro stansiyasının elektrik enrjisi ilə təminatının yaxşılaşdırılması üçün xüsusi əhəmiyyət daşıyır”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368556

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR