3-cü peykimiz gəlir (VİDEO)

3-cü peykimiz gəlir (VİDEO)
16:01 9 Yanvar 2015
167 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının ilk milli telekomunikasiya peyki “Azərspace-1”-in xidmətlərinin 60 faizi artıq satılıb.

ANS TV-nin məlumatına görə, 7 fevral 2013-cü il tarixində Fransız Qvineasında yerləşən Kuru kosmodromundan, Qvinea kosmik mərkəzindən orbitə buraxılan peykin xidmətlərindən istifadəyə Avropa, Afrika ölkələrindən də maraq böyükdür.

Milli peykin göstərdiyi xidmətlərin alışında isə ən çox pay Azərbaycan, Türkiyə və Gürcüstana məxsusdur. “Azərikosmos” 2017-ci ildə artıq “Azərspace-2” milli peykini orbitə çıxarmağa hazırlaşır.

Satış və marketinq şöbəsinin müdiri Ruslan Əliyev bildiri ki, elə müştərilər var ki, onların istəklərinə “Azərspace-1” vasitəsilə cavab verə bilmirlər. O “Azərikosmos"un imkanlarını daha da genişlənirmək üçün “Azərspace -2” ni yaratmaq niyyətində olduqlarını deyir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=318689

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR