Olland ölkəsində terror aktlarının davam edə biləcəyini istisna etmir

Olland ölkəsində terror aktlarının davam edə biləcəyini istisna etmir
16:13 9 Yanvar 2015
107 Dünya
Ölkə mətbuatı
A- A+

Fransua Olland: "Hər kəs terrora qarşı bir olmalıdır"
Fransa Prezidenti Fransua Olland ölkəsində terror aktlarının davam edə biləcəyini istisna etməyib.

APA-nın “Sabah”a istinadən verdiyi məlumata görə, “Charlie Hebdo” jurnalının redaksiyasına terror hücumunda şübhəli bilinən şəxslərin saxlanılması məqsədi ilə keçirilən əməliyyata rəhbərlik edən F.Olland Fransanın sülhü möhkəmləndirmək istəyən bir ölkə olduğunu vurğulayıb.

“Hücum edən şəxslər hələ tutulmayıb, əməliyyat davam edir. Hazırda əlimizdən gələn edirik, ölkəmizi qorumağa çalışırıq”, – Fransa prezidenti qeyd edib.

O bildirib ki, dekabr ayından indiyədək müxtəlif kəşfiyyat məlumatları əldə olunub. F.Ollanda Fransanın yeni hücumlarla üzləşəcəyini istisna etməyib: “Bu hücumlardan sonra müxtəlif bölgələrdə nümayişlər olacaq. Buralarda təhlükəsizlik təmin olunmalıdır və xalqımız terrora qarşı mövqeyini ortaya qoymalıdır. Təkcə Parisdə deyil, kəndlərdə belə nümayişlər keçirilir. Hər kəs terrora qarşı bir olmalıdır. Fransa güclü dövlətdir, biz öz vətəndaşlarımızı qoruyacağıq”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR