Türkiyə Milli Piyada Tüfənginin seriyalı istehsalına qərar verib

Türkiyə Milli Piyada Tüfənginin seriyalı istehsalına qərar verib
16:22 9 Yanvar 2015
187 Sosial
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 16:21 ]


Bakı. Rəşad Süleymanov - APA. Türkiyə Müdafiə Sənayesi İcra Komitəsi ordunun silahlanmasındakı G-3 tüfənglərinin yerini alacaq Milli Piyada Tüfəngi – MPT-76-nın seriyalı istehsalına başlanılmasına dair qərar qəbul edib.

 

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələri üçün birinci mərhələdə 35 min ədəd MPT-76 piyada tüfəngi istehsal olunacaq. MKE şirkəti tərəfindən həyata keçiriləcək silahın istehsalı prosesində özəl firmalar da yer alacaqlar.

 

Məlumatda Azərbaycanın da layihədə iştirak üçün müraciət etdiyi və ordudakı köhnə atıcı silahları MPT-76 ilə əvəz etmək istəyində olduğu qeyd olunub.

 

MKE şirkətindən isə APA-ya MPT-76-nın 2015-ci ildə Azərbaycanda testlərinin keçiriləcəyi bildirilib.

 

Qeyd edək ki, uzunluğu 92 sm, çəkisi 4,3 kq təşkil edən MPT-76 piyada tüfəngi 7.62×51 və ya 5.56x45 mm NATO kalibrli patronlardan istifadə edir. Silahın təsirli mənzili 600 metrdir və müxtəlif optik nişangahlar, lazer və fənərlə komplektləşdirilməsi üçün piccatini relsinə malikdir. Silah Türkiyədə 42 fərqli testdən keçirilib. Türkiyə Silahlı Qüvvələri arsenalındakı 500 mindən artıq G-3 tüfəngini MPT-76 ilə əvəz etməyi planlaşdırır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368562

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR