AZAL-ın bütün uçuşlarında elektron siqaret qurğularından istifadə qadağandır

16:28 9 Yanvar 2015
159 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

“Azərbaycan Hava Yolları”nın (AZAL) bütün uçuşlarında elektron siqaret qurğularından (siqaret, qəlyan, siqar) istifadə qadağan edilib. Bu barədə Trend AZAL-a istinadən məlumat verir.

Bundan başqa, elektron siqaret qurğularının qeydiyyata alınmış baqajda daşınmasına da yol verilmir. Belə qurğular sərnişinin əl çantasında daşınmalıdır.

Həmçinin, bütün hallarda litium-metal batareyaların (UN 3090) “Azərbaycan Hava Yolları”nın təyyarələri ilə yük və ya baqaj kimi daşınması qadağandır. Litium-metal batareyalar xüsusi avadanlığın daxilində və ya avadanlıqla birlikdə daşınan zaman (UN 3091) IATA-nın Təhlükəli yüklərin daşınması qaydalarına uyğun olaraq daşınmaya hazırlanmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2351482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR