Məscidə donuz əti atıldı

Məscidə donuz əti atıldı
16:41 9 Yanvar 2015
182 Sosial
Ölkə mətbuatı
A- A+

İsveçdə məscidə çirkin hüum olub. ANS PRESS-in "İhlas" xəbər agentliyinə istinadla verdiyi məlumata görə, bu ölkədə məscidlərə hücum 3 həftədir ki, başlayıb.

Mariestad şəhərindəki məscidin pəncərələri gecə saatlarında qırılaraq içəri donuz əti atılıb.
İbadət ocağının divarlarına isə irqçi şüarlar yazılıb.

Polis faktı təsdiqləyib. Artıq bu hadisə ilə bağlı araşdırma da başlanılıb.

Şəhərdə yaşayan müsəlmanlar baş verən hadisədən təşvişə düşüblər.

Xatırladaq ki, ötən həftə Vyanada da bir məscidə donuz başı atılmışdı.
Dekabrın 25-də İsveçin Eskilstun şəhərində məscid yandırılıb. Hadisə zamanı binada 15-20 nəfər adam olub. İnsident zamanı onlardan beşi zərər çəkib. Hadisə şahidləri naməlum şəxsin məscidin pəncərəsinə nəsə atdığını və bundan sonra güclü yanğının başladığını deyiblər.

Dekabrın 28-də isə Eslev şəhərindəki məsciddə yanğın hadisəsi baş verib. Polis yanğının qəsdən törədildiyini ehtimal edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=40&nid=318663

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR