Müsavat qurultayından narazılar təsis konfransına hazırlaşırlar

Müsavat qurultayından narazılar təsis konfransına hazırlaşırlar
16:47 9 Yanvar 2015
137 Digər
Ölkə mətbuatı
A- A+

"Müsavat Partiyasının VIII qurultayından narazı qalan üzvlərin yaratdığı “Azərbaycan Demokratiya və Rifah” (ADR) Hərəkatı yaxın vaxtlarda təsis konfransı keçirməyi planlaşdırır".

Bu barədə Trend-ə Müsavat başqanlığına keçmiş namizəd, hərəkatın təşkilat komitəsinin üzvü Səxavət Əlisoy deyib.

S.Əlisoy qeyd edib ki, hazırda əsas diqqət hərəkatın təşkilatlanmasına yönəlib: “Təşkilat komitəsinin üzvləri rayonlar üzrə təhkim olunublar. Artıq rayonlarda işlər yekunlaşır. Çox istəyirik ki, yanvarın sonu - fevralın əvvəlində təsis konfransı keçirək”.

O əlavə edib ki, hərəkata tək müsavatçılar deyil, digər partiyaların da üzvləri qatılırlar: “Hətta bəzi partiyalar tam tərkibdə hərəkatda təmsil olunmaq istəyirlər. Biz hərəkata populizmdən uzaq, intellektual mübarizəyə üstünlük verən insanları qəbul edirik. Qışqırıb-bağıranlarla işimiz yoxdur. Qoy onlar harada istəyir, gedib qışqırıb-bağırsınlar”.

S.Əlisoy deyib ki, Müsavat Partiyasının qurultayında baş vermiş saxtakarlıqların aradan qaldırılması üçün mübarizələrini davam etdirəcəklər: “Ömrünün 15-20 ilini Müsavat Partiyasına həsr etmiş insanlar partiyanı asanlıqla saxtakarlara peşkəş etməyəcəklər. Biz ən məqbul variantlar üzərində işləyirik”.

Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir sıra üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Narazı üzvlər növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/318205.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR