İranın qaz rekordu

İranın qaz rekordu
17:01 9 Yanvar 2015
154 Digər
Ölkə mətbuatı
A- A+

İranın Fars körfəsində yerləşən dünyanın ən nəhəng "Cənub Fars" qaz yatağının 15, 16 və 28-ci sahələri istismara verilib.

ANS PRESS-in TASS-a istinadla verdiyi məlumata görə, bu barədə "Xatam əl-Anbiya" korporasiyasının hərbi sənaye kompleksinin yenidənqurma bölməsinin komandanı, İran İslam İnqilabı keşikçisi, hərbi korpusun briqada generalı Ebadolla Abdollahi bildirib.

Onun sözlərinə görə, planlaşdırma, tikinti və istismar daxil olmaqla bütün layihə işləri İran mütəxəssisləri tərəfindən həyata keçirilib. Əvvəllər bu işləri "Statoil", "Shell", "Total" və "Hyundai" yerinə yetirsə də, İrana iqtisadi sanksiyalardan sonra onlar ölkəni tərk ediblər.

General deyib ki, yeni istehsal sahələrindən ölkənin ümummilli qaz kəməri şəbəkələrinə gündəlik 50 milyon kubmetr qaz daxil olacaq və məişət, sənaye hədəfləri üçün istifadə olunacaq. Etan qazının 2,6 min tonu neft-kimya sahəsindəki ehtiyaclar üçün istifadə ediləcək, 3,25 min ton durulaşdırılmış qaz və 80 min barel qaz kondensatı ixrac üçün göndəriləcək.

Xatırladaq ki, İran qazının 50% ümumi ehtiyatı "Cənub Fars" yatağının payına düşür. Araşdırmaya görə, İranın bu yatağında 13 trilyon kubmetr qaz və 18 milyard barel qaz kondensatı, həmçinin 2,7 milyard ton neft ehtiyatı var.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=318681

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR