Gülağa Aslanlı: "Hikmət Hacızadənin Fransada baş verən terroru..."

Gülağa Aslanlı: "Hikmət Hacızadənin Fransada baş verən terroru..."
17:05 9 Yanvar 2015
165 Digər
Ölkə mətbuatı
A- A+

“Bütün dünyanı heyrətə salan terror hadisəsi ilə Hikmət Hacızadənin sonsuz məhəbbət bəslədiyi Səxavət Əlisoya Müsavat Partiyasının Nizamnaməsi çərçivəsində cəza verilməsinin müqayisə edilməsi artıq əlavə şərhə ehtiyac yaratmır”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı partiyanın sabiq Divan və Məclis üzvü Hikmət Hacızadənin fikirlərinə münasibət bildirərkən deyib.

Qeyd edək ki, H.Hacızadə Fransanın paytaxtı Parisdə baş verən hadisənin Müsavatda ifadə azadlığına görə cəzalarla eyni mahiyyətdə olduğunu vurğulayıb.

G.Aslanlı isə H.Hacızadənin bu müqayisəsinə çox təəccübləndiyini qeyd edib. Onun sözlərinə görə, müqayisənin bu dərəcədə aparılması artıq bütün hədlərin aşılması deməkdir: “Kimsə Fransada baş verən terroru Müsavat Partiyasının hər hansı bir qərarı ilə müqayisə etmək səviyyəsindədirsə, mən o adam haqqında söz deməyi lazım bilmirəm. Çünki Fransada baş verənlər bütün dünyanın qəbul etdiyi terror hadisəsidir və orada xeyli günahsız adam terrorun qurbanı olub”.

Xatırladaq ki, H.Hacızadə partiya tərəfindən bəzi üzvlərə verilən cəzalara etiraz əlaməti olaraq Müsavat sıralarından istefa verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/318206.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR