Fransada yenə həyəcan (FOTO)

Fransada yenə həyəcan (FOTO)
17:16 9 Yanvar 2015
129 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada daha bir silahlı basqın hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, Fransanın paytaxtı Parisdə "Charlie Hebdo" satirik jurnalına hücumdan sonra daha bir silahlı insident baş verib. Hadisə Parisin şərqində bir marketdə törədilib.

Belə ki, marketə girən silahlı şəxs içəridə olan bir neçə nəfəri girov götürüb. Hadisə şahidlərinin bildirdiyinə görə, içəridən silah səsləri gəlir.

İlkin məlumatlara görə, silahlı insident zamanı bir nəfər də yaralanıb. Hücum təşkil edilən marketin "koşer market", yəni yəhudi inancına görə, halal ərzaqların satıldığı bir market olduğu iddia edilib.

Fransız mətbuatı marketə hücum edən adamın qadın polisi öldürən şəxs ola biləcəyini ehtimal edir.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318709

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR