Bakıda I sinif şagirdinin müəllimə tərəfindən təzyiqə məruz qalması xəbərlərinə rəsmi münasibət gəldi

Bakıda I sinif şagirdinin müəllimə tərəfindən təzyiqə məruz qalması xəbərlərinə rəsmi münasibət gəldi
17:38 9 Yanvar 2015
151 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 53 saylı orta məktəbin şagirdinin müəllimə tərəfindən təzyiqə məruz qalması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

53 nömrəli məktəbin direktoru Həsənova Firəngiz

İdarədən Trend-ə daxil olan məlumatda deyilir: "Yanvarın 8-i axşam saatlarında 53 saylı orta məktəbin birinci sinfində oxuyan Məmmədli Dəniz Şamil qızının müəlliməsi Zülfiyyə Hacıyeva tərəfindən təzyiqə məruz qaldığına dair xəbərlər yayılıb. Yayılan xəbərlə bağlı bu gün BŞTİ-nin əməkdaşları və Bakı şəhəri BPİ Yasamal rayon Polis İdarəsinin əməkdaşları məktəbdə olublar".

Qeyd olunur ki, məsələ ilə əlaqədar valideyn övladının dermotoloji problemi olduğunu qeyd edib, bir neçə ay bundan öncə bu problemlə bağlı həkimə müraciət etdiyini bildirib. Eyni zamanda, valideyn xəbər yayılarkən işdə olduğunu bildirib.

Məlumatı Məmmədli Şəms Şamil qızı bacısının ibtidai sinif müəllimi Z.Hacıyeva tərəfindən təzyiqə məruz qaldığını zənn edərək məlumatı yoxlamadan şəxsi “Facebook” səhifəsində bölüşüb. Bundan sonra məlumat xəbər və digər saytlarda yayılıb.

Məsələ ilə bağlı araşdırma davam edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2351532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR