İlham Əliyevin oğlu imtahan verdi (FOTO)

İlham Əliyevin oğlu imtahan verdi (FOTO)
17:41 9 Yanvar 2015
1078 Digər
Ölkə mətbuatı
A- A+

“Prezident İlham Əliyevin oğlu Heydər Əliyev mütəmadi olaraq dərslərdə iştirak edir. O, qış imtahan sessiyasını uğurla başa vurub”.

ANS PRESS-in məlumatına görə, bu barədə azvision.az-a ADA Universitetindən açıqlama verilib. Qeyd olunub ki, ADA-da təhsil alan bütün tələbələr qış imtahan sessiyasında iştirak ediblər:

“Bu il universitetdə qış sessiyası 15-20 dekabr 2014-cü il tarixində keçirildi. Bakı-2015 Avropa oyunları ilə əlaqədar olaraq imtahanlar daha tez baş tutub. Tələbələrin hər biri imtahanda iştirak edib. Onların biliyinin qiymətləndirilməsi ilə bağlı heç nə deyə bilmərik”.

Universitetdən həmçinin imtahanların keçirilmə qaydaları barəsində də açıqlama verilib:

“İmtahanlar əsasən yazılı formada keçirilir. İmtahanın, sualların formatı və sayı dərsi kəçən müəllimdən aslı olaraq dəyişilir”.

Qeyd edək ki, prezident İlham Əliyevin oğlu Heydər Əliyev 2013-cü ildə 590 balla Azərbaycan Diplomatiya Akademiyasına qəbul olub. 1997-ci il təvəllüdlü Heydər Əliyev akademiyada beynəlxalq münasibətlər ixtisası üzrə ödənişli əsaslarla təhsil alır.

Bir müddət öncə jurnalistlərə müsahibə verən H.Əliyev oxuduğu ali təhsil müəssisəsində qiymətlərinin yaxşı olduğunu bildirmişdi.








Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=318715

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR