Serjin sxodkası şokla bitdi

Serjin sxodkası şokla bitdi
17:41 9 Yanvar 2015
185 Sosial
Ölkə mətbuatı
A- A+

Ermənistan hakimiyyətini cinayət aləmi ilə gerçəkləşdirdiyi daha bir layihə - qanuni oğruların İrəvan “sxodkası” gözlənilən nəticəni vermədi.

ANS PRESS-in məlumatına görə, İrəvan yaxınlığında, yezidi kürdlərin gur yaşadığı Kotaykda keçirilən oğru “sxodka”sında Şakronun (Zaxariy Kalaşov) oğru qardaşları birləşmək cəhdi baş tutmayıb. Milliyətcə yezidi kürdü olan Şakroya doğma divarlar yardım etməyib. Meqrel klanından gözlənilən avtoritetlər “sxodka”ya gəlməyib. Meqrellərdən İrəvana yalnız Qiya Yelerciya gəlib. Amma klanın qeyri-rəsmi başçısı Merab Mzarelua və onun ayrılmaz dostu Roland Şlyapa ilk başdan imtina edib. Moskva gürcüləri Robinzon, Paata Malenkiy və Qiya Dlinnıy da “sxodka”dan imtina edib.

Slavyan qruplaşmasından Piçuqanın qardaşının yanvarın 5-də özünü vurması da, rusların İrəvandan geri qaytarıb. Həmin gün sxodkada görünmüş Vasya Voskres axşam saatlarında Moskvaya qayıdıb. Dekabrın 6-da gecə saatlarında isə hamı dağılmağa başlayıb. Voskres, Styopa Murmansk və Çeburaşkadan sonra İrəvandan Moskvaya Şakro, Şişkan və Mirıç da qayıdıb.

Kriminal aləm salnaməçilərinin dediyinə görə, İrəvan “sxodka”sı heç bir nəticə verməyib və kalanlar arası savaş olduğu kimi davam edəcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=318716

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR