İmişlidə avtomobil kanala aşıb

17:42 9 Yanvar 2015
140 Digər
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 17:37 ]


İmişli. Əlibəy Zeynallı - APA. İmişli rayonunda avtomobil kanala aşıb.

 

İmişli rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə səhər saatlarında Qaragüvəndikli kəndi ərazisində qeydə alınıb. Bəhrəmtəpə qəsəbə sakini Ədalət Əmirovun idarə etdiyi 30-BE-974 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil körpüdən keçərkən kanala aşıb.

 

Qəza zamanı "Mercedes"in sürücüsü xilas ola bilib.

 

Avtomobildə olan sərnişin, 23 yaşlı Əli Şirinovun isə suda boğulduğu ehtimal olunur.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin dalğıcları gəlib. Həmçinin əraziyə qaldırıcı kran cəlb edilib. Xilasedicilərin köməkliyi ilə avtomobil qaldırıcı kran vasitəsi ilə sudan çıxarılıb. Lakin suda batdığı güman edilən sərnişin avtomobilin içərisində tapılmayıb.

 

Hazırda su kanalında boğulduğu ehtimal edilən şəxsin tapılması istiqamətində axtarışlar davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368576

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR