ABŞ-da həbsdə olan azərbaycanlı iş adamı Rza Zərraba bu dəfə xanımı, müğənni Ebru Gündeşdən zərbə vurulub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Ebru Rzadan boşanmaq qərarına gəlib.

Qeyd edək ki, ötən həftə iş adamının gözlənilən məhkəmə prosesi 4 dekabra təxirə salınıb. Məhkəmə prosesi üçün 27 noyabrda jüri heyəti seçiləcək. Zərraba bu yaxınlarda sui-qəsd cəhdi olduğu iddia da edilmişdi.

Xatırladaq ki, Rza bank fırıldaqçılığı və "çirkli pulların yuyulmasında" ittiham edilir.

Milli.Az