Xalq artisti: "Deyirlər kasıblayıb, yəqin"

Xalq artisti: "Deyirlər kasıblayıb, yəqin"
17:57 9 Yanvar 2015
215 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Faiq Ağayev brendlərə üstünlük vermir
Milli.Az axşam.az-ın məlumatına görə, müğənni “ATV maqazin” verilişinə açıqlamasında libaslarını tikdirdiyini deyib:

"Baxırsan kimsə başdan-ayağa brend geyinir, ortada gözəllik yoxdur. İnsan bir o qədər məşhur olmayan markalardan da geyinə bilər. Mən ölçümə uyğun, öz zövqümlə libaslarımı tikdirirəm: şalvarım, ayaqqabım, pencəyim tikilir.

1988-ci ildə səhnəyə gəldiyim gündən tikdirdiyim paltarların hamısı evdə qalır. Evimin 50 faizdən çox hissəsini geyimlərim tutur. Heç birini atmıram. Efirlərə həftədə 4 dəfə çıxıram, hər dəfə yeni paltar geyinirəm. Eyni kostyumu geyinəndə baxıb ağız əyirlər. Deyirlər kasıblayıb, yəqin".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/318226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR