Şampun qabından telefon çıxdı

Şampun qabından telefon çıxdı
18:05 9 Yanvar 2015
152 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda həbsxanaya gətirilmiş şampun qabının içindən telefon çıxdı.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Pənah Əhliman oğlu Babayevə Bakı şəhər sakini vətəndaş Rövşən Əli oğlu Ələkbərovun gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı “HOBBY” markalı şampun qabının içərisindən bir ədəd “Nokia-C5” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, P.Babayev Cinayət Məcəlləsinin 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) və 221.3-cü (Xuliqanlıq; silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələrinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/318229.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR