İranın Azərbaycandakı səfiri də Fransadakı hadisəni pislədi

İranın Azərbaycandakı səfiri də Fransadakı hadisəni pislədi
18:05 9 Yanvar 2015
130 Digər
Ölkə mətbuatı
A- A+

"Fransada 12 jurnalistin öldürülməsi ilə nəticələnən terror hadisəsini pisləyirik"
Bunu Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

O qeyd edib: "Dinc sakinlərə qarşı bu kimi terror hərəkətlərinin İslam təlimlərinə zidd olduğunu elan edirik. İslam dini insaf və ədalət təlimlərinə əsaslanır, zorakılıq və terrorizmin inkişaf etdirilməsinə qarşıdır".

M.Pakayin bildirib ki, Suriya və İraqda terrorçu qruplar bəzi böyük güclər və Qərb KİV-lərinin dəstəyi ilə yaradılıb və təchiz olunur: “Son illər terrorizmin artmasına səbəb zorakılıqla bağlı ikili və səhv siyasətin yürüdülməsidir. Dünyada terrorizmlə mübarizədə vahid mövqe ortaya qoymaq lazımdır".

Səfir əlavə edib ki, böyük güclər terrorizmdən öz mənafeləri naminə və müsəlmanların birliyini zəiflətmək üçün vasitə kimi istifadə etməməlidirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/318227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR