Ebru Gündeş həyat yoldaşının ona hədiyyə etdiyi 26 milyon TL-lik (Təxminən 13 milyon manat) malikanədən köçüb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni qızı Alara ilə birlikdə yaşadığı evdən təhlükəsizlik səbəbiylə köçməyə qərar verib. Məşhur daha təhlükəsiz və mühafizəsi güclü olan evə yerləşib.

Dünən isə evin xadimələri əşyaları toplayan zaman görüntülənib.

Xatırladaq ki, iş adamının növbəti məhkəmə prosesi isə 4 dekabr tarixinə təyin edilib. Onu da qeyd edək ki, Rza Zərrab və Mehmet Hakan Atilla ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaqda ittiham edilir.

Bəzi iddialara görə, Rza Zarrabın 2016-cı ildə Amerikaya səfəri planlı şəkildə baş tutub və bu plandan müğənninin həyat yoldaşı Ebru Gündeşin də xəbəri olub.