Hər Məcnunun öz Leylası, öz səhrası

Hər Məcnunun öz Leylası, öz səhrası
18:37 9 Yanvar 2015
192 Sosial
Ölkə mətbuatı
A- A+

Mövlananın məşhur “Məsnəvi”sində belə bir hekayə var:

Məcnun dəvəyə minib səhrada Leyli ilə görüşməyə gedir. Dəvənin də qapıda balası varmış. Məcnun dəvənin belində qapıdan çıxır. Bütün fikri, xəyalı səhrada onu gözləyən Leylinin yanındadır. Dəvə gedir, Məcnun xəyallara dalır. Bir də ayılır ki, dəvə hərlənib yenidən həyətə gəlib, balasını yalayır.

Məcnun dəvənin belində yenidən yola çıxır. Dəvə yenə onu hərləyib həyətə qaytarır. Üçüncü dəfə də dəvənin yarıyoldan dönüb həyətə gəldiyini görən Məcnun onun belindən enir və: “Ey dəvə, hər kəs öz məşuquna can atır. Mənim məşuqum səhradakı Leyli, sənin məşuqun qapıdakı balan olduğu müddətcə bizim yoldaşlığımız tutmaz. Hər kəs öz məşuqu ilə baş-başa qalsın”, - deyir və payı-piyada səhranın yolunu tutur.

"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318135.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR